Modern.az

BBC Trampdan üzr istədi

BBC Trampdan üzr istədi

Dünya

14 Noyabr 2025, 08:52

Böyük Britaniyanın BBC yayım korporasiyası ABŞ Prezidenti Donald Trampdan üzr istəyib.

Modern.az xəbər verir ki, buna səbəb BBC-nin Trampın çıxışını yanlış montaj etməsi olub.

Buna baxmayaraq korporasiya Trampa təzminat ödəməkdən imtina edib və ABŞ prezidentinin böhtan iddiası üçün əsas olmadığını bildirib.

Sözügedən qalmaqal Panorama proqramının buraxılışından sonra yaranıb. Verilişin redaktorları Trampın 2021-ci ildə Kapitoli binasının basqını zamanı çıxışını elə montaj ediblər ki, guya o, izdihamı iğtişaş və zorakılığa çağırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!