Modern.az

Ermənistanın Prezidenti Gürcüstana səfər edəcək

Ermənistanın Prezidenti Gürcüstana səfər edəcək

Dünya

14 Noyabr 2025, 12:54

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan yaxın zamanlarda Gürcüstana səfər edəcək.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Onun sözlərinə görə, il ərzində Ermənistanla Gürcüstan arasında yüksək səviyyəli görüşlər baş tutub.

“Ötən ay Ermənistanın Baş naziri İpək Yolu Forumunda iştirak etmək üçün Tbilisiyə baş çəkib. Tezliklə Ermənistan Prezidenti Gürcüstana səfər edəcək”, - Mirzoyan əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!