Modern.az

İsrail daha 15 fələstinlinin cəsədini Qəzzaya qaytardı

İsrail daha 15 fələstinlinin cəsədini Qəzzaya qaytardı

Dünya

14 Noyabr 2025, 14:08

İsrail məhbus mübadiləsi sazişi çərçivəsində bu gün 15 fələstinlinin cəsədini Qəzza zolağına təhvil verib.

Modern.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə”nin məlumatında bildirlib.  

Cümə axşamı günü İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi İsrailin Qəzza zolağında öldürülən girovun qalıqlarının olduğu daha bir tabutu aldığını açıqlayıb. Bununla da fələstinlilərin saxladığı 28  israillinin cəsədindən 25-nin qaytarılması reallaşıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrail əvvəllər sazişin bir hissəsi olaraq 315 cəsəd qaytarmışdı ki, onlardan 91-nin şəxsiyyəti müəyyən edilib.

Qəzza zolağında İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında atəşkəs sazişi 10 oktyabrda qüvvəyə minib.

Bu sazişin bir hissəsi olaraq, Fələstinin HƏMAS hərəkatı 7 oktyabr 2023-cü ildən bəri Qəzzada saxlanılan 20 girovu azad edib və beləliklə, sağ qalan bütün girovlar buraxılıb. Buna cavab olaraq İsrail təxminən 2000 fələstinli məhbusu azad edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!