Modern.az

Gürcüstanda plastik qab-qacaq qadağan olunur

Gürcüstanda plastik qab-qacaq qadağan olunur

Dünya

14 Noyabr 2025, 20:51

Gürcüstanda qida məhsulları üçün nəzərdə tutulan plastik qab-qacaq qadağan olunacaq.

 

Modern.ax xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökuməti ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü əsasında qəbul edib.

 

2026-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək qərara əsasən, plastik çəngəl, bıçaq, qaşıq, çöplər, boşqab, konteynerlər, stəkanların və onlar üçün qapaqların istehsalı (ixrac üçün nəzərdə tutulan istehsaldan başqa), idxalı və satışa çıxarılması qadağan ediləcək.

 

Qərarın qüvvəyə minmə tarixindən 6 ay sonra ictimai iaşə müəssisələri üçün istehlakçılara istifadəyə hazır qida məhsulunu plastikdən olan konteyner və stəkanlarda çatdırılmasına qadağa tətbiq olunacaq.

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!