Modern.az

Təxribatçı jurnalist Ermənistana buraxılmadı

Təxribatçı jurnalist Ermənistana buraxılmadı

Dünya

14 Noyabr 2025, 21:17

“Wargonzo” internet layihəsinin jurnalisti Dmitri Seleznyovun İrəvan hava limanına girişinə icazə verilməyib.

Modern.az xəbər verir ki, bu barədə "WarGonzo"nun "Telegram" kanalında bildirilib.

Seleznyovun ailəsi ilə birlikdə Ermənistana istirahət üçün getdiyi qeyd olunub.

O da bildirilib ki, təfərrüatlar araşdırılır və jurnalist geri dönüş reysini və Ermənistan xüsusi xidmət orqanlarının qərarını əsaslandıran sənədləri gözləyir.

Qeyd edək ki, Dmitri Seleznyov bir neçə dəfə Qarabağa səfər edib, 2020-ci il müharibəsi zamanı hərbi müxbir kimi çalışıb.

Xatırladaq ki, erməni əsilli media maqnatı Aram Qabrielyanov tərəfindən maliyyələşdirilən “WarGonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub.

Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib. Aram Qabrielyanov da bir neçə il əvvəl Ermənistana buraxılmayıb. O, Ermənistan XİN-in "arzuolunmaz şəxs" siyahısındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!