Almaniyanın hakim partiyaları Ukraynaya hərbi yardımı əhəmiyyətli dərəcədə artırmaq qərarına gəliblər.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə partiyalar 15 saat davam edən iclasda razılığa gəliblər.
Almaniyanın Ukraynaya 11.5 milyard avro yardım ilə artilleriya, zirehli texnika və “Patriot” hava hücumundan müdafiə sistemləri alacaq.
Bu, tammiqyaslı müharibənin başlanğıcından sonra ayrılan ən böyük məbləğdir və Berlinin Ukraynaya indiyə qədər verdiyi ümumi vəsaitin yarısına bərabərdir.
Cavid Zahidoğlu