Modern.az

Avropa İttifaqında müflisləşmələrin sayı ARTIB

Avropa İttifaqında müflisləşmələrin sayı ARTIB

Dünya

15 Noyabr 2025, 16:27

Bu ilin üçüncü rübündə Avropa İttifaqında (Aİ) iqtisadiyyatın bütün sektorlarında yeni biznes qeydiyyatlarının sayı əvvəlki rüblə müqayisədə 4 faiz artıb. Eyni zamanda, müflisləşmə ilə bağlı müraciətlərin sayı da ikinci rüblə müqayisədə 4,4 faiz çoxalıb.

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsinin (Eurostat) hesabatında bildirilib.

Yeni biznes qeydiyyatlarında ən yüksək artım informasiya və kommunikasiya sektorunda qeydə alınıb – 6 faiz. Bu sektoru tikinti (5,9 faiz) və nəqliyyat (5,5 faiz) izləyib.

Ən çox müflisləşmənin qeydə alındığı sektorlar yaşayış və iaşə xidmətləri (20,7 faiz), nəqliyyat (18,7 faiz) və maliyyə xidmətlərində (14,1 faiz) olub. Bu kateqoriyada informasiya və kommunikasiya (4,8 faiz), tikinti (3,1 faiz) və sənaye (0,1 faiz) sektorlarında azalmalar müşahidə edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!