Modern.az

ABŞ ordusu Venesuelaya girir?

ABŞ ordusu Venesuelaya girir?

Dünya

17 Noyabr 2025, 01:06

ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmiləri Venesuelaya hərbi müdaxilə ilə bağlı ciddi mesajlar veriblər.

Modern.az-ın məlumatına görə, ABŞ-ın Quru Qoşunları naziri Daniel Driskoll CBS kanalına müsahibəsində bildirib ki, prezident Donald Tramp və müdafiə naziri Pit Hegsettin əmri olacağı təqdirdə Amerika ordusunun bölmələri Venesuelada yerləşdirilə bilər.

Jurnalistin “Venesuela ordusu ABŞ üçün təhlükə yaradırmı?” sualına cavab verən Driskoll qeyd edib: “Onlar regionda çoxlu hərbi təlimlər keçirirlər. Lazım gəlsə, hazır olacağıq”.

O, həmçinin ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadalarının Latın Amerikası sahillərində narkokartellərə qarşı əməliyyatlar apardığını xatırladan aparıcının sualına cavab olaraq bildirib ki, Quru Qoşunlarına bununla bağlı xüsusi əmrin verilib-verilmədiyi açıqlanmır, lakin “tələb olunduğu anda əməliyyatlara qoşulmağa hazırdırlar”.

Gecə saatlarında ABŞ Hərbi Dəniz Qüvvələri daha bir kritik məlumat yayıb. Dünyanın ən böyük aviadaşıyıcısı olan "USS Gerald R. Ford"un rəhbərlik etdiyi aviazərbə qrupu Karib dənizinə daxil olub.

Aviazərbə qrupunda 4 mindən çox hərbçi var.  Onlarla döyüş təyyarəsi və helikopterlər bölgəyə göndərilib;

Sizə yeni x var
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!