Modern.az

ABŞ dövlət katibinin müavini İrəvandadır

ABŞ dövlət katibinin müavini İrəvandadır

Dünya

17 Noyabr 2025, 10:12

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini xanım Alison Huker Ermənistana gəlib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onu ABŞ-ın Ermənistandakı səfiri xanım Kuinn qarşılayıb.

Səfərin mqəsədi ABŞ prezidentinin regional sülh və təhlükəsizlik vizyonunu təbliğ etməkdir.

Alison Huker Baş nazir Paşinyan, xarici işlər naziri Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və xüsusi elçi Rubinyanla görüşəcək.

 O, “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” layihəsi (Zəngəzur dəhlizi) və Ermənistan-Amerika memorandumları çərçivəsində Ermənistan-Amerika strateji tərəfdaşlığının gücləndirilməsi üçün gələcək addımları müzakirə edəcəklər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya od içində: Kiyev cəhənnəm əzabı yaşatdı - ARDICIL ZƏRBƏLƏR