Modern.az

Bakıda maşın velosipedçini vurub öldürdü

Bakıda maşın velosipedçini vurub öldürdü

Hadisə

3 Mart 2026, 09:18

Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.

Modern.az xəbər verir ki, Yasamal rayonu Şərifzadə küçəsində 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobil ilə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub.

Nəticədə N.Vahabov hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İrana DƏHŞƏTLİ HÜCUM hazırlığı başladı - ABŞ desant göndərdi