Banqladeşin sabiq Baş naziri Şeyx Hasina məhkəmə tərəfindən ölüm cəzasına məhkum edilib.
Modern.az xəbər verir ki, o, bəşəriyyətə qarşı cinayətlərdə ittiham edilir.
Xüsusi tribunalın hakimi Qolam Mortuza Mozumder bildirib ki, ittiham olunan sabiq Baş nazir ötən il hökumət əleyhinə etirazları yatırmaq üçün dronlar, vertolyotlar və ölümcül silahlardan istifadə olunması əmri verərək cinayətlər törədib.
Hadisələrdə təxminən 1 400 nəfər həlak olub, onların əksəriyyəti təhlükəsizlik qüvvələrinin atəşindən ölüb.
Şeyx Hasina məhkəmədə iştirak etməyib, çünki hazırda Hindistanda mühacirətdə yaşayır. O, 2024-cü ildə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra bu ölkəyə sığınıb.