Modern.az

Türkiyənin C-130 hərbi təyyarəsi niyə qəzaya uğradı? - Yeni FAKTLAR

Türkiyənin C-130 hərbi təyyarəsi niyə qəzaya uğradı? - Yeni FAKTLAR

Dünya

17 Noyabr 2025, 15:03

Türkiyəli ekspertlər noyabrın 11-də Gəncədən havaya qalxan və təxminən yarım saat sonra Gürcüstan hava məkanında qəzaya uğrayan C-130 tipli hərbi nəqliyyat təyyarəsinin “qara qutularını” təhlil etməyə davam edir.

Modern.az-ın məlumatına görə, rəsmi məlumatın yaxın günlərdə açıqlanacağı gözlənilsə də, Türkiyənin iqtidara yaxın KİV-ləri bu gün qəzanın necə baş vermiş ola biləcəyi barədə yeni iddialar yayıb.

"Hürriyet" qəzetinin köşə yazarı Uğur Cebeci bildirib ki, təyyarə 7 333 metr hündürlükdə uçduğu vaxt Gürcüstan üzərində qəfil nasazlıq baş verib. Onun sözlərinə görə, əvvəlcə təyyarənin dördüncü mühərriki dayanıb. Mühərrik sönsə də, hava axınının təsirindən onun pərləri əksinə daha sürətlə fırlanmağa başlayıb. Bu zaman təyyarə qəfil 500 metr yüksəlib, pilotlar isə mühərrikin fırlanma sürətini azalda bilməyiblər.

Bundan dərhal sonra digər qanadda yerləşən ikinci mühərrikin yağ təzyiqi kəskin düşüb və mühərrik dayanıb. Cebecinin iddiasına görə, həmin mühərrikin pərləri də inersiya və hava axını səbəbindən sürətlə fırlanıb və nəticədə bir pər qoparaq təyyarənin hündürlük sükanına çırpılıb. Zərbənin təsiri ilə təyyarə birdən-birə aşağı doğru başıüstə çevrilib.

Məqalədə bildirilir ki, idarəetməni tam itirən təyyarə kəskin enişə keçərkən quyruq hissəsi qopub, eyni anda ikinci mühərrikin sınmış pərləri füzelyajın ön hissəsini dəlib keçərək kabinin füzelyajdan ayrılmasına səbəb olub. Hadisələrin saniyələr içində baş verdiyi üçün pilotların SOS siqnalı verməyə vaxt tapmadığı vurğulanır.

Qeyd edək ki, hadisə nəticəsində Türkiyə ordusunun 20 hərbçisi şəhid olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!