Modern.az

Qazaxıstanda atom stansiyası üçün İLK ADDIM

Qazaxıstanda atom stansiyası üçün İLK ADDIM

Dünya

17 Noyabr 2025, 18:30

Qazaxıstanda ölkənin ilk atom elektrik stansiyasına ən yaxşı ad verilməsi üzrə ümumxalq müsabiqəsi başa çatıb.

Modern.az Qazaxıstan Respublikası Atom Enerjisi Agentliyinə istinadla xəbər verir ki, Müsabiqə Komissiyasının yekun iclasının nəticələrinə əsasən, qalib kimi vətəndaşlardan ən çox təklif alan “Balxaş” («Балқаш») atom elektrik stansiyası” adı seçilib.

Seçilmiş ad həmçinin atom elektrik stansiyalarının coğrafi prinsip üzrə adlandırılması ilə bağlı beynəlxalq təcrübəyə uyğun gəlir.

Müsabiqədə 16 yaşdan yuxarı 27 157 Qazaxıstan vətəndaşı iştirak edib. Hər bir iştirakçı yalnız bir ad təklif edə bilərdi. Vətəndaşlardan daxil olan məlumatlar emal olunarkən kiril, latın qrafikalarında yazılış formaları və sinonim sözlər də nəzərə alınıb.

“Balxaş” atom elektrik stansiyası adını 882 vətəndaş təklif edib və bu ad populyarlıq üzrə yekun reytinqdə birinci yeri tutaraq müsabiqənin qalibi olub.

Müsabiqə Komissiyası, həmçinin rus və ingilis dillərində adların formalarını müəyyənləşdirib:

— “Атомная электростанция «Балхаш»”;

— “Balkhash Nuclear Power Plant”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsr@ildən Bakıya ŞOK MESAJ - Türkiyəni regiondan çıxarın!