Modern.az

Saakaşvili Ukraynaya aparılacaq? - Tbilisidən açıqlama

Saakaşvili Ukraynaya aparılacaq? - Tbilisidən açıqlama

Dünya

18 Noyabr 2025, 08:50

Mixail Saakaşvilinin Ukraynaya ekstradisiyası mümkün deyil.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze Acarıstan televiziyasına müsahibəsində bildirib.

O qeyd edib ki, Podolyak kimi şəxslərin Saakaşvilinin Ukraynaya mümkün ekstradisiyasına dair bəyanatları ciddi qəbul edilə bilməz.

Qeyd edək ki, Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak Gürcüstanın “TV Pirveli” telekanalına müsahibəsində bildirib ki, Kiyev tamhüquqlu Ukrayna vətəndaşı olduğu üçün Saakaşvilinin Gürcüstandan çıxarılması üçün fəal işləyir. Onun sözlərinə görə, bu məsələ Ukraynanın gündəminə daxildir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu