Modern.az

Rusiya nefti kəskin ucuzlaşdı - ALICI TAPILMIR

Rusiya nefti kəskin ucuzlaşdı - ALICI TAPILMIR

Dünya

18 Noyabr 2025, 11:36

Rusiya neftinin qiyməti 2023-cü ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

Modern.az xəbər verir ki. buna səbəb ABŞ-nin tətbiq etdiyi sanksiyalardır.

Novorossiysk limanında yüklənmə üçün xam neftin qiyməti bir barel üçün 36,61 dollara düşüb.

Analoji vəziyyət Baltik dənizində hasil edilən neftdə də müşahidə olunub.

Xatırladaq ki, oktyabrın 23-də ABŞ Maliyyə Nazirliyi Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyalar elan edib. Bunun ardınca oktyabrın 27-də “Lukoyl” məhdudiyyətlərə görə xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.

“Lukoil” şirkəti beynəlxalq aktivlərinin satışı ilə bağlı bir neçə potensial alıcı ilə danışıqlar apardığını açıqlayıb .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu