Modern.az

Qazaxıstanda faciə - 9-u uşaq olmaqla 12 nəfər yanaraq öldü

Qazaxıstanda faciə - 9-u uşaq olmaqla 12 nəfər yanaraq öldü

Dünya

18 Noyabr 2025, 12:48

Qazaxıstanın Türküstan vilayətində ikimərtəbəli fərdi evdə baş vermiş yanğın nəticəsində 9-u uşaq olmaqla 12 nəfər həlak olub.

Modern.az xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

"Jetisa rayonunun Alqabas kəndində ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub. Yanğının axtarışı və söndürülməsi zamanı huşsuz vəziyyətdə olan 3 nəfər evdən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib. İçəridə doqquzu uşaq olmaql, 12 nəfər ölü tapılıb", - Fövqəladə Hallar İdarəsi bildirib.

Yanğının səbəblərinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanğında həlak olanlara başsağlığı verib. Hökumətə və Türküstan vilayət administrasiyasının başçısına həlak olanların yaxınlarına hər cür köməklik göstərmək və faciənin səbəblərini araşdırmaq tapşırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu