İran Prezidenti Məsud Pezeşkianın gələn ay Qazaxıstan və Türkmənistana səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçi bildirib.
Bu, Pezeşkianın Qazaxıstana ilk səfəri olacaq. Səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq.
Pezeşkianın Qazaxıstana səfər zamanı müxtəlif sahələrdə 20-dən çox əməkdaşlıq müqaviləsinin imzalayacağı gözlənilir.