Modern.az

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə edildi

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası müzakirə edildi

Dünya

18 Noyabr 2025, 16:57

Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə İrəvanda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə ediblər.

Modern.az xəbər verir ki, Qriqoryan və Qrono Cənubi Qafqazda kommunikasiyaların açılması məsələsinə toxunaraq marşrutların bərpasının vacibliyini qeyd ediblər.

Ötən həftə Qriqoryan parlamentdə Ermənistan və Azərbaycanın "Tramp marşrutu" layihəsini irəli aparmaq üçün Sünikin (Zəngəzur) müəyyən hissələrini delimitasiya edə biləcəyini bildirmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu