İstanbulda qaldıqları oteldə zəhərlənərək həyatını itirən 4 nəfərlik Böcek ailəsi ilə bağlı ilkin ekspertiza rəyi açıqlanıb.
Modern.az TRT-yə istinadən xəbər verir ki, ailənin ölümünə səbəb oteldə qaldıqları otaqda kimyəvi zəhərlənmə ola bilər.
Rapora görə, ailənin qaldığı otelin 201 nömrəli otağında havalandırma sistemi mövcud olmayıb. Bu şərait kimyəvi maddələrin otaqda yığılmasına və nəfəsalma yolu ilə zəhərlənmə riskinin artmasına səbəb ola bilər.
Bildirir ki, otelin dərmanlanmasında istifadə edilən kimyəvi maddələrdən nümunələr götürülüb və onların tərkibi laboratoriyada təhlil ediləcək. İlkin rəyə görə, zəhərlənmənin qida mənşəli olması aşağı ehtimal olunur.
Uşaqlar Kadir Muhammet Böcek və Masal Böcek ilə bağlı aparılan ekspertiza zamanı yalnız mədə divarında yüngül qanama və qızartı aşkar edilib. Bundan başqa, onların orqanizmində nəzərə çarpan başqa dəyişiklik qeydə alınmayıb..
Dəqiq ölüm səbəbi araşdırmalar tamamlandıqdan sonra məlum olacaq.