Modern.az

Ərdoğan 13 ildən sonra Suriyaya səfir təyin etdi

Ərdoğan 13 ildən sonra Suriyaya səfir təyin etdi

Dünya

19 Noyabr 2025, 08:16

13 illik fasilədən sonra xarici işlər nazirinin müavini Nuh Yılmaz Türkiyənin Suriyadakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Modern.az xəbər verir ki, Türkiyə Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya ilk səfirini təyin edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərara əsasən, xarici işlər nazirinin müavini Nuh Yılmaz Türkiyənin Suriya Ərəb Respublikasındakı səfiri təyin edilib.

Qeyd edək ki, Suriyada vətəndaş müharibəsi başlamasından sonra Dəməşqdəki Türkiyə səfirliyi 26 mart 2012-ci ildə fəaliyyətini dayandırmışdı.

Səfirliyin açılmasından sonra Nuakşotdakı sabiq səfir Burhan Koroğlu 12 dekabr 2024-cü ildə müvəqqəti işlər vəkili təyin edilmişdi.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu