Modern.az

Zelenski Ankaraya gedir - 1 il ərzində üçüncü GÖRÜŞ

Zelenski Ankaraya gedir - 1 il ərzində üçüncü GÖRÜŞ

Dünya

19 Noyabr 2025, 10:28

Rusiya–Ukrayna müharibəsində sülh perspektivləri ilə bağlı diqqət yenidən Ankaraya yönəlib.

Modern.az-ın məlumatına görə, Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Türkiyəyə rəsmi səfər edəcək və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Tərəflərin gündəmində əsas məsələ İstanbulda aparılmış sülh danışıqlarının yenidən bərpası olacaq.

Türkiyənin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duranın məlumatına görə, Zelenski və Ərdoğan bu il üçüncü dəfə üzbəüz görüşəcəklər. Danışıqlar Prezident Administrasiyasının kompleksində keçiriləcək.

Görüşün əsas mövzusu Rusiya–Ukrayna müharibəsinin daha ədalətli və davamlı sülh əsasında bitirilməsi istiqamətində mümkün addımlar olacaq. Ankara son illərdə hər iki tərəfi də dialoq masasına gətirməyə çalışmış və İstanbul danışıqları müharibənin ilk aylarında real diplomatik irəliləyiş yaratmışdı.

Bu dəfə də liderlər həmin müzakirələrin yenidən başlanması üçün atıla biləcək addımları müzakirə edəcəklər. Eyni zamanda, Rusiya ilə Ukrayna arasında əsirlərin qarşılıqlı qaytarılması məsələsi də gündəmdə olacaq.

Ərdoğan və Zelenski görüş zamanı Türkiyə–Ukrayna strateji tərəfdaşlığını bütün sahələr üzrə nəzərdən keçirəcək, iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində planları müzakirə edəcəklər.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu