ABŞ Dövlət Departamentinin baş müşaviri Conatan Askonas ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında keçirilən sülh sammitindən sonra başlanan Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunu (TRIPP) ölkənin necə dəstəkləyə biləcəyini müzakirə etmək üçün Gürcüstana səfər edib.
Modern.az xəbər verir ki, ABŞ-ın Gürcüstandakı səfirliyinin məlumatına görə, Dövlət Departamentinin nümayəndəsi tikintisi və avadanlıqları əsasən ABŞ-ın dəstəyi ilə mümkün olan Sadaxlı Sərhəd Keçid Məntəqəsinə (Ermənistanla sərhəd) baş çəkib.
Səfəri zamanı o, həmçinin Gürcüstan Xarici İşlər Nazirliyinin, hökumət administrasiyasının və beynəlxalq maliyyə qurumlarının nümayəndələri ilə görüşəcək.