Modern.az

Bütün dünya bu ölkədən danışır – Tarixdə İLK

Bütün dünya bu ölkədən danışır – Tarixdə İLK

Dünya

19 Noyabr 2025, 11:02

DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan komandaların sayı genişlənməyə davam edir.

Bu dəfə futbol ictimaiyyətinin diqqət mərkəzində Karib hövzəsinin kiçik, lakin rəngarəng adası olan Kurasao var. Niderlandlı məşqçi Dik Advokatın rəhbərlik etdiyi komanda tarixində ilk dəfə mundiala vəsiqə qazanaraq sensasiyaya imza atıb.

Modern.az bildirir ki, Karib dənizində yerləşən Kurasao dünyada çoxlarının xəritədə tapmaqda çətinlik çəkdiyi ölkələrdən biridir. Lakin idmandakı tarixi uğurdan sonra adanın adı bütün xəbər başlıqlarında çəkilir.

Əhalisi cəmi 190 min nəfərdir. Buna baxmayaraq, futbol federasiyası peşəkar sistem qurmağı bacarıb.

Kurasao Niderland Krallığının tərkib hissəsidir. Məhz buna görə bir çox oyunçuları Avropa sistemində yetişib. Rəsmi dilləri Niderlandca, Papyamento və ingilis dilidir. Papyamento Karib bölgəsinə xas rəngarəng kreol dilidir.

Adada futbol ən populyar idman növü olmasa da, son illər federasiya ciddi struktur islahatları aparıb.

Məhz bu islahatların nəticəsi olaraq, Dik Advokat kimi dünya səviyyəli mütəxəssisin komandaya gətirilməsi qısa zamanda öz bəhrəsini verdi.

İlk dəfə mundiala yüksələn Kurasao artıq dünyanın gündəmindədir. Karibdən gələn bu uğur hekayəsi həm dünya futboluna rəng qatır, həm də kiçik xalqlar üçün böyük motivasiya mənbəyinə çevrilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu