Noyabrın 19-u gecəsi Rusiyanın Ternopola hava hücumu nəticəsində 9 nəfər həlak olub, 20-dən çox adam yaralanıb.
Modern.az-ın məlumatına görə, bu barədə Ukraynaının baş naziri Yuliya Sviridenko bildirib.
O, Ternopol, Lvov və İvano-Frankivsk vilayətlərinin rəhbərləri ilə onlayn görüş keçirib. Baş nazir Rusiya hücumunun nəticələri və sonrakı təmizləmə işləri barədə hesabatları dinləyib.
Onun sözlərinə görə, Dövlət Fövqəladə Hallar Xidmətinin xilasediciləri fəlakətin nəticələrini təmizləyir. Təcili yardım məntəqələri fəaliyyətdədir.
Bundan əlavə, insanları dəstəkləmək üçün əlavə infrastruktur, o cümlədən istilik və yemək məntəqələri yayardılıb.
Sviridenko əlavə edib ki, hökumət bölgələrlə əlaqə saxlayır və bütün lazımi yardımı göstərəcək.