ABŞ prezidenti Donald Trampın reytinqi, xüsusən də iqtisadi çətinliklər və "Epşteyn sənədləri"nin dərc olunması ilə bağlı qalmaqal fonunda, 2025-ci ilin yanvar ayında hakimiyyətə qayıtdıqdan bəri ən aşağı səviyyəyə düşüb.
Modern.az xəbər verir ki, Reuters/Ipsos sorğusuna görə, Trampın hazırkı reytinqi 38% təşkil edir ki, bu da noyabrın əvvəlindəki sorğudan 2% aşağıdır.
Reuters xatırladır ki, Tramp ikinci müddətinə 47% reytinqlə başlayıb. Hazırkı reytinq Trampın birinci müddətinin ən aşağı göstəricilərinə yaxındır.
Sorğuda iştirak edən amerikalılar ABŞ prezidentinin yaşayış xərcləri siyasətindən və Ceffri Epşteynin istintaqından narazıdırlar. Amerikalıların yalnız 26%-i Trampın yaşayış xərcləri məsələsini yaxşı həll etdiyini düşünür ki, bu da bu ayın əvvəlindəkindən üç bal aşağıdır.