Tanınmış ukraynalı jurnalist Dmitri Qordon ona qarşı sui-qəsd hazırlandığını açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə o, rusiyalı jurnalist Stanislav Kuçerə müsahibəsində bildirib.
O, son bir il yarımda öz evində yaşamadığını deyib.
“Çünki mənə qarşı ova başlanılıb”, - Qordon qeyd edib.
Qordonun sözlərinə görə, Ukraynanın Təhlükəsizlik Xidməti daha əvvəl ona qarşı sui-qəsd planlaşdıran bir neçə qrupu saxlayıb. O, hələ də Ukraynada dövlət mühafizəsi altında yaşadığını bildirib.
Qeyd edək ki, 2024-cü ilin iyulunda Moskva məhkəməsi Dmitri Qordonu qiyabi olaraq 14 il müddətinə azadlıqdan məhrum edib.