Ağ Ev sosial media hesablarında ABŞ Prezidenti Donald Trampla portuqaliyalı futbolçu Kriştianu Ronaldu arasındakı görüşün videosunu yayımlayıb.
Modern.az xəbər verir ki, kadrlarda Ronaldu nişanlısı Corcina ilə Ağ Evin dəhlizində gəzərkən Trampla söhbət edir.
"Tarixin ən böyük iki şəxsi. CR7 x 45/47", - paylaşımda deyilir.
Bununla da, Ağ Ev portuqaliyalı futbolçunun forma nömrəsinə və Trampın ABŞ-nin 45-ci və 47-ci prezidenti olmasına işarə edir.
Xatırladaq ki, bundan əvvəl Ronaldu Tramp tərəfindən Ağ Evdə təşkil edilən şam yeməyində iştirak edib.