Modern.az

Həmin açarı bu dəfə Ronaldoya hədiyyə etdi - FOTO

Həmin açarı bu dəfə Ronaldoya hədiyyə etdi - FOTO

Dünya

19 Noyabr 2025, 22:10

Ulduz futbolçu Kriştianu Ronaldo və xanımı Ağ Evdə ABŞ Prezidenti Donald Trampın qonağı olub.

Modern.az xəbər verir ki, futbolçu ABŞ lideri ilə görüşündən fotolar paylaşıb.

Məlumata görə, Tramp Ağ Evin simvolik açarını Ronaldoya da verib.

Qeyd edək ki, ABŞ Prezidenti avqustda Vaşinqtonda səfərdə olan Azərbaycan lideri İlham Əliyevə də eyni hədiyyəni təqdim edib.

Tramp hər dəfə açarı təqdim edərkən bunun yalnız “çox xüsusi insanlara” verildiyini vurğulayıb.

Ağ Evin “qızıl açarı” ABŞ siyasi mədəniyyətində nadir təqdim olunan simvolik hədiyyədir. Açar dərin diplomatik məna daşıyır, etimad, strateji tərəfdaşlıq və yüksək hörmətin nişanı sayılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK HÜCUM! Rusiya Türkiyəni də vurdu