“Moskva Ukrayna münaqişəsinin həlli üçün danışıqlara hazırdır”.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
Onun sözlərinə görə, danışıqlar prosesindəki fasilə Kiyevin günahı idi.
"Fasilə əslində, Kiyevin bu dialoqu davam etdirmək istəməməsi səbəbindən yaranıb", - Peskov deyib.
O, Ukrayna nizamlanması ilə bağlı heç bir yeni xəbərin olmadığını qeyd edib.
Peskov həmçinin bildirib ki, lazım gələrsə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında telefon danışığı tez bir zamanda təşkil edilə bilər.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentlərinin görüşündən əvvəl görülməli olan işlər hələ görülməyib.
Dmitri Peskov daha əvvəl Ukraynanın gec-tez Rusiya ilə danışıqlara məcbur ediləcəyini, lakin daha pis mövqedən çıxış edəcəyini bildirmişdi.