Modern.az

Rusiya 1000 əsgərin meyitini Ukraynaya verdi

Rusiya 1000 əsgərin meyitini Ukraynaya verdi

Dünya

20 Noyabr 2025, 15:40

Rusiya İstanbul müqavilələrinin bir hissəsi olaraq, Ukrayna Silahlı Qüvvələrinin 1000 əsgərinin cəsədini bu gün təhvil verib.

Modern.az xəbər verir ki, bu barədə Rusiya danışıqlar qrupundakı mənbə RİA Novosti agentliyinə bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna tərəfi Rusiyaya 30 əsgərinin cəsədini təhvil verib.

Xatırladaq ki, oktyabr ayındada  Rusiya Ukraynaya 1000 əsgərin cəsədini təhvil verib və qarşılığında 31 cəsəd alıb.

Rusiya-Ukrayna danışıqlarının ikinci mərhələsi iyunun 2-də Türkiyədə baş tutub. Görüş İstanbuldakı Çırağan Sarayında bir saatdan çox davam edib. Tərəflər münaqişənin həlli ilə bağlı memorandumlar mübadiləsi aparıblar.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə