Modern.az

“Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər”

“Azərbaycanla Ermənistan bir-birini gücləndirə bilər”

Dünya

20 Noyabr 2025, 18:14

Ermənistan, Azərbaycan və Gürcüstan Cənubi Qafqazın əsas nəqliyyat qovşağı kimi rolunu gücləndirə bilər.

Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Mariya Karapetyan İstanbulda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı bildirib.

Deputat xatırladıb ki, bu ilin oktyabrında Azərbaycan Ermənistan istiqamətinə yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu addımı “sülhün yalnız kağız üzərində deyil, real həyatda da mövcud olduğunu” göstərən mühüm siqnaldır.

Karapetyan deyib ki, Ermənistan Türkiyədən Azərbaycana və Naxçıvana yük daşımalarının həyata keçirilməsinə hazır olduğunu bəyan edib və bunun üçün öz ərazisində mövcud yol infrastrukturundan istifadə edilə bilər.

O, həmçinin Qazaxıstan və Rusiyadan Ermənistana göndərilən taxılın Azərbaycan və Gürcüstan ərazisindən daşınmasını regionda kommunikasiyaların açılmasının praktiki olaraq artıq nəticə verdiyinin göstəricisi kimi qiymətləndirib.

“Cənubi Qafqaz ölkələri bir-birini gücləndirə bilər və regionu Avropa, Qara dəniz, Türkiyə, Xəzər və Mərkəzi Asiyanı birləşdirən əsas tranzit mərkəzi kimi inkişaf etdirə bilər”, – deputat vurğulayıb.

Karapetyan əlavə edib ki, Ermənistan yaxın gələcəkdə Türkiyə ilə quru sərhədin açılacağına və iki ölkə arasında diplomatik münasibətlərin bərpa olunacağına ümid edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə