Qazaxıstan Ermənistan vasitəsilə Türkiyəyə yeni ticarət marşrutu aça bilər.
Modern.az xəbər verir ki, bunu Qazaxıstanın iqtisadiyyat naziri Serik Jumangarin cümə günü jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, Ermənistan ərazisindən keçən marşrut Astanaya Türkiyə limanlarına birbaşa çıxışı təmin edəcək.
"Hazırda Azərbaycan vasitəsilə Gürcüstanın Qara dəniz limanlarına gedirik. Yeni marşrut Naxçıvana, daha sonra isə birbaşa Türkiyəyə, onun dəniz limanlarına çıxış imkanı verəcək", - deyə nazir qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan hazırda Qazaxıstanda rəsmi səfərdədir.