Modern.az

Türkiyə təyyarəsi partladılıb? - HESABAT AÇIQLANDI

Türkiyə təyyarəsi partladılıb? - HESABAT AÇIQLANDI

Dünya

21 Noyabr 2025, 16:05

Türkiyənin Jandarm Cinayət Laboratoriyası Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan "C-130" hərbi yük təyyarəsi ilə bağlı hesabat hazırlayıb.

Modern.az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.

Hesabatda bildirilir ki, hadisədə partlayıcı maddə izlərinə rast gəlinməyib.

Məlumata görə, mütəxəssislər təyyarənin qalıqları ilə bağlı ətraflı təhlillər aparıblar.

"Jandarma cinayət laboratoriyası da hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat hazırlayıb. "Sabah"ın əldə etdiyi məlumata görə, sənəddə "araşdırma zamanı partlayıcı maddənin izinə rast gəlinmədiyi" yazılıb", - nəşr qeyd edir.

Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü, kontr-admiral Zeki Aktürk bildirib ki, hərbi yük təyyarəmizin qara qutusunun TUSAŞ müəssisələrində araşdırılması və qəzanın nəticələrinin aradan qaldırılması üzrə qrupumuzun hadisə yerində yoxlama işləri davam edir.

"Qəzaya uğrayan təyyarəmizin qalıqları Kayseridə yerləşən 2-ci Hava Texniki Xidmət Zavodu İdarəsində ətraflı araşdırılacaq. Ətraflı araşdırmanın nəticələri ictimaiyyətlə paylaşılacaq. Rəsmi açıqlamalarımızdan kənar dərc olunan xəbərə və şərhlərə etibar olunmaması əhəmiyyət kəsb edir", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarə qəzaya uğrayıb. 

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır