Modern.az

Rusiya hərbçilərinin “Kupyansk” iddiası şübhəli imiş

Rusiya hərbçilərinin “Kupyansk” iddiası şübhəli imiş

Dünya

21 Noyabr 2025, 20:34

Rusiyada müharibəni dəstəkləyən tanınmış hərbi blogerlər Baş Qərargah rəisi Valeri Gerasimovun Xarkov vilayətində yerləşən Kupyansk şəhərinin tam nəzarətə götürüldüyü barədə bəyanatına şübhə ilə yanaşıblar.

Modern.az bu barədə BBC-yə istinadən xəbər verir.

Gerasimov bir gün əvvəl şəhərin “tam azad edildiyi” barədə Rusiya prezidenti Vladimir Putinə məruzə təqdim edib. Lakin hərbi teleqram kanalları bu iddianın real vəziyyətlə üst-üstə düşmədiyini bildirir.

“Dva mayora” teleqram kanalı Gerasimovun açıqlamasının hələlik “obyektiv nəzarət görüntüləri ilə təsdiqlənmədiyini” vurğulayıb.

“Voyennıy osvedomitel” kanalı Baş Qərargah rəisinin Putinə raportunu “qatarın önündə getmək” adlandırıb. “Kanal Vizyonera” isə “Kupyan­skın tam azad edilməsi ilə bağlı açıqlamaların, yumşaq desək, şok yaratdığını” yazıb.

Rusiya Müdafiə Nazirliyinə yaxın “Rıbar” kanalı da bundan əvvəl Kupyanskın ələ keçirilməsi ilə bağlı iddiaları “göz boyamaq” adlandırmışdı.

BBC xatırladır ki, bu, Rusiyanın yüksək rütbəli hərbi rəhbərliyinin iddialarının sahədən gələn məlumatlarla üst-üstə düşmədiyi ilk hal deyil. Avqustun sonunda Gerasimov yay kampaniyasına yekun vurarkən Kupyanskin “yarısının artıq nəzarətə götürüldüyünü” demişdi, lakin həmin iddia da sonradan təsdiqlənməmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə