Ukrayna hazırda ən yeni tarixinin ən ağır mərhələlərindən birini yaşayır.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.
Dövlət başçısı Ukraynanın qarşıdakı günlərdə son dərəcə çətin seçimlə üz-üzə qala biləcəyini vurğulayıb.
“İndi tariximizin ən ağır anlarından birini yaşayırıq. Ukraynaya təzyiq indiyə qədərki ən ağır səviyyədədir. Ölkə çox mürəkkəb bir seçim qarşısında qala bilər: ya ləyaqəti itirmək, ya da əsas tərəfdaşın itirilməsi riski. Ya çətin 28 bəndlik plan, ya da ən çətin qış və bundan sonrakı risklər. Azadlıq, ləyaqət və ədalət olmadan həyat və bunu bizə artıq iki dəfə hücum etmiş birinə inanaraq yaşamaq mümkün deyil”, – Zelenski deyib.
O, ABŞ-ın irəli sürdüyü sülh planı ilə bağlı müzakirələrdə Ukraynanın milli maraqlarının nəzərə alınmasının vacibliyini bildirib:
“Amerika və digər tərəfdaşlarla sakit və konstruktiv işləyəcəyik. Mən arqumentlər gətirəcəyəm, tərəfdaşlarımızı inandırmağa çalışacağam, alternativlər təklif edəcəyəm. Amma düşmənə ‘Ukrayna sülh istəmir’ demək üçün heç bir əsas verməyəcəyik”.
Zelenski ölkənin daxili siyasi proseslərinə də toxunub və siyasi qüvvələri birlik nümayiş etdirməyə çağırıb:
“Özümüzü toparlamalıyıq, daxili çəkişmələri, siyasi oyunları dayandırmalıyıq. Dövlət işləməlidir. Müharibə şəraitində parlament birləşmiş şəkildə, hökumət isə səmərəli fəaliyyət göstərməlidir”.
Dövlət başçısı yaxın həftənin həm siyasi, həm də informasiya müstəvisində çox gərgin keçəcəyini bildirib:
“Qarşıda çətin günlər var. Çoxlu təzyiq olacaq. Düşmən yatmır”.