ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda Rusiyaya qarşı “çox güclü” sanksiyalar tətbiq edəcəyini açıqlayıb.
Onun sözlərinə görə, bu sanksiyalar Rusiya neftinin satışını çətinləşdirmək məqsədi daşıyacaq.
“Xeyr, yox... çox güclü sanksiyalar... Onlar tezliklə qüvvəyə minəcək və çox güclüdür, çox güclüdür”.
Modern.az xəbər verir ki, Donald Tramp bu barədə "Fox News" radiosunda deyib.
Tramp əlavə edib ki, Rusiya neft şirkətlərinə qarşı mövcud sanksiyaları ləğv etmək planı yoxdur. Oktyabrın 22-də ABŞ Rosneft, LUKOIL və onların törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.