ABŞ prezidenti Donald Tramp Ukraynanın Vaşinqtonun irəli sürdüyü sülh təklifinə yaxın günlərdə cavab verməli olduğunu bildirib.
Modern.az xəbər verir ki, o, bu fikirləri Fox Radio-ya müsahibəsində səsləndirib.
Trampın sözlərinə görə, Kiyev tərəddüd etdiyi halda “qısa müddətdə daha çox ərazi itirmək riski ilə üz-üzə qala bilər”.
ABŞ lideri Ukraynaya təklif olunan şərtlərin qəbul edilməsi növbəti cümə axşamına, yəni 27 noyabradək vaxt qoyub.
O deyib ki, bu tarix “ümumilikdə münasib vaxt” hesab olunur.
Bununla belə, Tramp prosesi “yaxşı irəlilədiyi təqdirdə” son tarixə düzəliş oluna biləcəyini qeyd edib.
Qeyd edək ki, indiyədək Tramp media tərəfindən yayılan sülh planı barədə açıq şəkildə danışmayıb.