Ankoricdə keçirilən görüş zamanı Rusiya tərəfi mövcud çətinliklərə baxmayaraq, Ukraynadakı vəziyyətin mümkün tənzimlənməsi ilə bağlı ABŞ-ın təklifləri ilə razılaşıb.
Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən müşavirədə bəyan edib. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planı Alyaskadakı danışıqlardan əvvəl də müzakirə olunub və 28 bənddən ibarət sənəd şəklində təqdim edilib.
Rusiya lideri qeyd edib ki, Vaşinqton Moskvadan çeviklik göstərməyi və müəyyən kompromislərə getməyi xahiş edib. V. Putinin sözlərinə görə, modifikasiya olunmuş Amerika planı yekun tənzimlənmənin təməlinə çevrilə bilər.
Rusiya Prezidenti, həmçinin bildirib ki, ölkəsi sülh danışıqlarına hazırdır.