Modern.az

25 min məhbus, 230 ölüm - Ermənistanla bağlı şok məlumatlar

25 min məhbus, 230 ölüm - Ermənistanla bağlı şok məlumatlar

Dünya

22 Noyabr 2025, 08:15

Ermənistanın cəzaçəkmə müəssisələrində real məhbus sayı rəsmi açıqlamalardan azı on dəfə çoxdur.

Modern.az xəbər verir ki, bu barədə “VT Foreign Policy” nəşri yazır.

Məlumata görə, 2020–2025-ci illərdə Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərindən və tərəfdarlarından azı 230 nəfər həbsxanalarda işgəncə və ya intihar nəticəsində həyatını itirib.

Nəşr yazır ki, Ermənistanın cəzaçəkmə müəssisələrində vəziyyət ildən-ilə daha da pisləşir, məhbusların hüquqlarının pozulması, işgəncə və tibbi xidmətin olmaması ilə bağlı çoxsaylı şikayətlər var. Monitorinq qruplarının qiymətləndirməsinə görə, 2024-cü ildə həbsxanaların cəmi 40%-i tam şəkildə həkimlərlə təmin olunub.

Məlumata görə, real məhbus sayı 25 minə yaxınlaşır.  Həbs şəraiti minimum beynəlxalq normalara belə cavab vermir. Məhbusların böyük hissəsi sistemli işgəncələrə məruz qalır.

Hesabatda vurğulanır ki, Paşinyanın siyasi rəqibləri müxtəlif ittihamlarla həbs olunur və uzunmüddətli təcrid, döyülmə və psixoloji təzyiq vasitəsilə ifadə verməyə məcbur edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə