Modern.az

Yorulmuşuq, amma möhkəm dayanmışıq...

Yorulmuşuq, amma möhkəm dayanmışıq...

Dünya

22 Noyabr 2025, 08:44

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Andrey Qnatov son bir ildə davam edən döyüşlərin ordunu ciddi şəkildə “yorduğunu və tükəndirdiyini” bildirib.

Modern.az xəbər verir ki, bu barədə o, “Die Zeit” nəşrinə müsahibəsində bildirib.

General şəxsi heyət çatışmazlığı ilə bağlı suala cavabında qeyd edib ki, bu problem realdır:

“Təbii ki, hər bir komandan daha çox şəxsi heyət, daha çox piyadanın, daha çox silah və sursatın olmasını istəyər. Buna ehtiyacımız var.”

Qnatov vurğulayıb ki, cəbhədə vəziyyət “çox ağır” olaraq qalır:

“Bu ilin döyüşləri bizi həqiqətən zəiflətdi, amma bölmələrin sayını artırmaq və insanların hazırlığını yaxşılaşdırmaq üçün bütün tədbirləri görürük.”

Onun sözlərinə görə, Ukrayna hərbçiləri döyüş zonasına göndərilməzdən əvvəl 50 gündən çox baza hazırlığı keçir, bundan sonra isə əlavə 14 gün müddəti verilir ki, əsgərlər əməliyyat rayonunun şəraitinə uyğunlaşa bilsinlər.

General Qnatov bildirib ki, Ukrayna ordusu çətinliklərə baxmayaraq, müdafiə xəttini qorumaqda davam edir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıda milyardlarını itirir - Putinə ağır zərbə