Modern.az

ABŞ generalları Moskvaya gedir

ABŞ generalları Moskvaya gedir

Dünya

22 Noyabr 2025, 09:29

ABŞ-ın bir qrup yüksək rütbəli hərbçisinin gələn həftənin sonunda Moskvaya səfər edə biləcəyi bildirilir.

Modern.az xəbər verir ki, "The Guardian" qəzetinin ABŞ-dakı mənbələrə istinadən yazdığına görə, məqsəd Vaşinqton tərəfindən hazırlanan Ukrayna üzrə “sülh planı”nı Kreml ilə müzakirə etməkdir.

Eyni zamanda, şənbə günü Yohannesburqda başlayacaq iki günlük G20 sammiti çərçivəsində “Böyük yeddilik” ölkələrinin liderləri və bir neçə G20 dövləti ABŞ planını ayrıca müzakirə edəcək.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaja Kallas məsələ ilə bağlı xəbərdarlıq edərək deyib ki, təcavüzü təşviq edən istənilən sülh razılaşması “çox təhlükəli” qlobal presedent yarada bilər.

“Əgər siz sadəcə aqressiyaya boyun əyirsinizsə, yeni aqressiyanı stimullaşdırmış olursunuz”, — Kallas bildirib. Onun sözlərinə görə, belə bir addım digər dövlətlərdə də Rusiya kimi qonşu ərazilərə qarşı “iştah” yarada bilər.

Whatsapp
Bizə yazın!
Keçid et
Bu ölkələrdən Rusiyayla müharibə hazırlığı - Türkiyə də qoşuldu