Modern.az

Pezeşkian istefaya göndərilir? - TEHRANDAN CAVAB

Pezeşkian istefaya göndərilir? - TEHRANDAN CAVAB

Dünya

22 Noyabr 2025, 12:46

İran mətbuatında Prezident Məsud Pezeşkianın istefası ilə bağlı xəbərlər yayılıb.

Modern.az xəbər verir ki, İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah iddiaları təkzib edib.

“Biz İranı sevirik və onun üçün çalışırıq. Təhqirlər eşidirik, amma geri çəkilmirik. İran bütün iranlılara aiddir və doktor Pezeşkian da buna görə dayanır. Bizə imtiyaz və ya vəzifə lazım deyil, hər şeyimizi İrana vermişik və yenə də verəcəyik. Çoxsaylı problemlərə baxmayaraq, bütün səyimiz xalq və hökumət tərəfdarlarının qarşısında utanc yaşamamaqdır”, - o bildirib.

Sizə yeni x var
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?