Modern.az

Psixoloq pasientini terapiya məqsədilə zorladı

Psixoloq pasientini terapiya məqsədilə zorladı

Dünya

9 Yanvar 2026, 14:30

ABŞ-ın Nyu-Hempşir ştatında qəribə cinayət faktı qeydə alınıb.

Modern.az xəbər verir ki, psixoloq pasientini zorlayaraq bunun terapiyanın bir hissəsi olduğunu deyib.

Belə ki, nikahlarında problem olan cütlük kömək məqsədilə terapiyaya yazılıblar. İlk iki seansa birlikdə qatılsalar, da, sonradan qadın seanslara tək getməyə başlayıb.

51 yaşlı psixoloq vəziyyətdən istifadə edərək ona hücum edib və zorlayıb.

Adı açıqlanmayan psixoloq həbs olunub və tezliklə məhkəmə qarşısına çıxarılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
“İsmayıl məqamı” filminin təqdimatı keçirilib