Modern.az

Lukaşenko ukraynalıları əfv etdi

Lukaşenko ukraynalıları əfv etdi

Dünya

22 Noyabr 2025, 14:04

Belarus prezidenti Aleksandr Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv edib.

Modern.az xəbər verir ki, bu barədə “Belta” məlumat yayıb.

Bildirilir ki, əfv sərəncamı Lukaşenko və ABŞ lideri Donald Tramp arasında əldə olunan razılaşmaların davamı olaraq imzalanıb.

"Aleksand Lukaşenko Ukrayna tərəfinin müraciəti əsasında, qonşu ölkədə silahlı münaqişənin həll olunması şəraitini təmin etmək məqsədilə, xoşməram və humanizm prinsiplərini rəhbər tutaraq prezident Belarusda cinayət törətmiş 31 Ukrayna vətəndaşını əfv edib”, - Lukaşenkonun mətbuat katibi Natalya Eismont bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?