Ukrayna Prezidenti Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya ərinin siyasi fəaliyyətini davam etdirməsini istəmir.
Modern.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Ukraynanın birinci xanımı həyat yoldaşının yenidən prezident seçilməsinə qarşıdır. Qeyd edilir ki, Zelenskinin ətrafı ona çox aşağı səviyyədə dəstəkləndiyini və korrupsiya böhranının dağıdıcı nəticələrini göstərib.
Ukrayna prezidenti və ətrafı ilə təmasda olan adamlar Zelenskiyə ikinci müddətə namizədliyini irəli sürməməyin daha yaxşı olacağına işarə ediblər. Çünki Zelenskinin elektorat bazası 25%-i keçmir.