Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro həbs edilib.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, dövlət çevrilişinə görə 27 il həbs cəzasına məhkum edilmiş və ev dustaqlığında hökmdən apellyasiya şikayəti verən sabiq dövlət başçısı barədə qərar verilib.
Siyasətçinin vəkili onun saxlanmasının səbəbini açıqlamayıb. Lakin adının çəkilməsini istəməyən mənbə jurnalistlərə bildirib ki, bu, onun ev dustaqlığı şəraiti ilə bağlı qabaqlayıcı tədbirdir.
Sentyabrın 12-də Braziliyanın Ali Federal Məhkəməsi Bolsonaroya 27 il 3 ay həbs cəzası verib. O, dövlət çevrilişinə cəhddə ittiham olunur. Ali Məhkəmənin beş hakimindən üçü məhkəmənin hökmünü qüvvədə saxlayıb.