Ukraynalılar öz ölkələrini müdafiə ediblər və həmişə də müdafiə edəcəklər. Rusiya evimizin ağası olmayacaq.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib
“Bu gün, saat 16:00-da, harada olmağınızdan asılı olmayaraq - Ukraynada və ya xaricdə - süni aclıqdan həlak olan bütün uşaqların, qadınların və kişilərin xatirəsinə pəncərənizin yanında şam yandırın. Biz Ukraynanı müdafiə etmişik, müdafiə edirik və həmişə də müdafiə edəcəyik. Çünki bizim evimiz buradadır. Və bizim evimizin ağası Rusiya olmayacaq. Nümayəndələrimiz Ukraynanın maraqlarını necə qorumağı və Rusiyanın üçüncü işğala başlamasının qarşısını almaq üçün nəyin lazım olduğunu bilirlər”, - deyə Zelenski yekunlaşdırıb.
Qeyd edək ki, bu gün Ukraynada Qolodomor faciəsinin anım günüdür.