Modern.az

Ermənistanda referendumun vaxtı açıqlandı

Ermənistanda referendumun vaxtı açıqlandı

Dünya

22 Noyabr 2025, 19:55

Ermənistan yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun keçirilmə vaxtını müəyyənləşdirib. Baş nazir Nikol Paşinyan bildirib ki, referendum parlament seçkilərindən — 2026-cı ildən sonra təşkil olunacaq.

 

Moder.az xəbər verir ki, Paşinyan bu barədə bu gün K. Demirçyan adına İdman-Konsert Kompleksində dövlət qulluqçuları ilə görüşü zamanı məlumat verib.

 

Onun sözlərinə görə, seçkilərdən əvvəl siyasi qüvvələr cəmiyyətə bu məsələyə dair öz mövqelərini təqdim etməli, çoxluq qazanmış qüvvənin mövqeyi isə yeni Konstitusiya layihəsinin formalaşdırılmasında həlledici rol oynamalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ qırıcıları hərəkətə keçdi - İrana hücum başlayır