Modern.az

149 hakim futboldan uzaqlaşdırıldı

149 hakim futboldan uzaqlaşdırıldı

Dünya

22 Noyabr 2025, 22:37

Türkiyə Futbol Federasiyasında (TFF) baş verən genişmiqyaslı mərc qalmaqalı ilə bağlı araşdırmalar nəticəsində 149 hakim futbol fəaliyyətindən diskvalifikasiya olunub.

 

Modern.az xəbər verir ki, məsələ Peşəkar Futbol İntizam Şurasının (PFDK) gündəminə çıxarıldıqdan sonra müvafiq cəzalar tətbiq edilib.

 

Cəza alan hakimlərdən 67-si qərardan apellyasiya şikayəti versə də, TFF-nin Arbitraj Şurası müraciətləri araşdıraraq bütün cəzaları qüvvədə saxlayıb.

 

Digər 82 hakim isə PFDK qərarlarından şikayətçi olmayıb ki, bu da onların cəzalarının avtomatik olaraq qüvvədə qaldığı anlamına gəlir. Beləliklə, ümumilikdə 149 hakimin karyerası rəsmən başa çatıb.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır