Modern.az

Sabiq prezidentin oğlu həbs edildi

Sabiq prezidentin oğlu həbs edildi

Dünya

22 Noyabr 2025, 23:33

Qırğızıstan Daxili İşlər Nazirliyi parlament (Joqorku Keneş) seçkilərinin nəticələrindən sonra ölkədə kütləvi iğtişaşlar təşkil etməyə cəhd göstərməkdə şübhəli bilinən 10 nəfərin saxlanıldığını açıqlayıb.

Modern.az xəbər verir ki, Nazirliyin məlumatına görə, saxlanılanlar arasında siyasi xadimlər, keçmiş deputatlar, sabiq məmurlar və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları var.

Məlumata əsasən, qrup seçki nəticələri elan edildikdən sonra ölkənin cənub bölgələrindən başlayaraq ard-arda mitinqlər təşkil etməyi planlaşdırıb. Daha sonra etirazların Bişkek və digər vilayətlərə yayılması nəzərdə tutulub. Məqsəd geniş narazılıq görüntüsü yaradaraq, vəziyyəti gərginləşdirmək olub.

Nazirlik iddia edir ki, saxlanılan şəxslərin planlarında anti-konstitusion çağırışlar, eləcə də inzibati binaların, televiziya kanallarının, güc strukturlarına aid obyektlərin, hətta silah anbarlarının və penitensiar müəssisələrin ələ keçirilməsi kimi mümkün addımlar yer alıb.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (GKNB) isə əlavə edib ki, saxlanılanlar arasında ölkənin sabiq prezidenti Almazbek Atambayevin oğlu Kadır Atambayev və onun tərəfdarları da var.

Sizə yeni x var
Keçid et
İranda GƏRGİNLİK! Güney azərbaycanlılara hücum - Nə baş verir?